Day.Azпредставляет новость на азербайджанском языке:Gəncə-Daşkəsən yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.AzAPA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb.Rayon sakini, 1967-ci il təvəllüdlü Səfiyar Hənifəyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında olan qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.