Day.Az представляет новость на азербайджанском языке.Nazirlər Kabinetin "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət növlərinin sayının artırılması ilə bağlıdır. Qərara əsasən Əmlak Məsələləri Dövlət Komitəsi səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu və kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışını elektron qaydada həyata keçirəcək.