![](http://img.day.az/thumb/politika/0f/8/elman_mamedov_00.jpg)
Ümumiyyətlə, biri var ki, xaricdən olan müəyyən qüvvələr Azərbaycana qarşı "qara-piar", "şər-böhtan" kampaniyası həyata keçirir ki, bu da başadüşüləndir. Biri də var ki, öz daxilimizdə olan Azərbaycan vətəndaşı, ölkəmizdə hər şeydən bəhrələnən insanlar, Azərbaycan mətbuatı dövlətimizə qarşı kampaniya aparır. Təbii ki, bu, pislənilməli bir mövqedir.