Day.Az представляет новость на азербайджанском языке.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Süleymanov və Ağdam rayon sakini 1983-cü il təvəllüdlüPərviz Qasımovuncinayət işi üzrə məhkəmə prosesi başlayıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirib. Təqsirləndirilən şəxslər ittihamla tanış olmadıqları üçün məhkəmənin hazırlıq iclası iyunun 18-ə qədər təxirə salınıb.