![](http://img.day.az/thumb/obshchestvo/06/f/579540.jpg)
Day.Az представляет новость на азербайджанском языке:Həvəskar velosipedçi Şahin Məmmədov idmansevərlərin diqqətini cəlb etməkdə davam edir. Ötən il velosipedi üzüarxaya sürməklə yaddaşlarda qalan Məmmədov ilk dəfə reallaşdırdığı veloyürüşdə 7 km məsafəni qət etmişdi. Kəpəz TV-nin (Region TV) məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı bu dəfə daha çətin sınaq qarşısındadır.