![](http://img.day.az/thumb/obshchestvo/kriminal/0d/f/arest_0008.jpg)
Day.Azпредставляет новость на азербайджанском языке: Lənkəran rayon sakininin evindən oğurluq etmiş şəxslərdən ikisi tutulub, biri isə müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənTrend-ə verilən məlumata görə, Lənkəran şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla 2013-cü il avqustun 20-də Mais İbrahimovun evindən 15 min manatın rayon sakinləri Yusif Rəhmanlı, Murad Canızadə və qardaşı Azər tərəfindən oğurlanması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Rəhmanlı və M.Canızadə tutulublar.