![](http://img.day.az/thumb/obshchestvo/proisshedstviya/04/7/trup_01.jpg)
Day.Az представляет новость на азербайджанском языке.Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb. Araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib.