![](http://img.day.az/thumb/ekonomika/05/7/hotel_021012_1_.jpg)
Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən Rusiya Federasiyası vətəndaşıVladimir Keçkov bildirib ki, Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən "Fairmont" otelində xeyli miqdarda pulu oğurlanıb. Bakıya turist kimi gəldiyini və oktyabrın 11-dən Azərbaycanda olduğunu bildirən şikayətçi əlavə edib ki, otel nömrəsindən stolun üstündən 200 dollar və 20 min rublu götürülüb.