Xorvatiyada koronavirusa yoluxanların sayı 14 min 29 nəfərə çatıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 280 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 236 nəfər, sağalanların sayı isə 11 min 690 nəfərdir. Qeyd edək ki, Xorvatiyada virusla mübarizə öncədən müsbət nəticələr göstərsə də, son ayda yoluxanların sayı yüksək