İyun ayında ölkə üzrə gündəlik xam neft hasilatı 553,8 min barrel olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 434,7 min barreli “Azəri-Çıraq-Günəşli” (AÇG), 119,1 min barreli isə SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə hasil edilib