Bu il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlığı yoxlanılıb, hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları yerinə yetirilib