Hələ yeniyetmə çağlarımdan yaşadığım bir hiss indinin özündə belə, məni tərk etmir: elə ki qışın sərt, qarlı-şaxtalı, sazaqlı, yağmurlu havalarında təbiət buz nəfəsilə hər yanı dondurur, o zaman qəlbimə aramsız yağış kimi yağan nisgil çökür, gözlərimin qarşısında məzarlıq canlanır, orda uyuyan