Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Xilasedici” və “Neftçi” komandaları qarşılaşıb.
Oyun “Xilasedici” klubunun 3:1 (26:24,19:25, 25:23, 25:20) hesablı qələbəsi ilə başa çatıb