Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 min 525-ə çatıb.Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib
RUR reytinq agentliyi bu il iyunun 29-da dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb. Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AZƏRTAC-a bildiriblər ki, dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu reytinq sıralamasında
Son bir həftə ərzində Moldovada koronavirusa hər bir milyon nəfərə 585 yoluxma faktı qeydə alınıb. Bu göstərici ilə Moldova Avropa ölkələri arasında əhalinin say nisbətinə görə COVID-19-a yoluxanların siyahısına başçılıq edir
Son sutka ərzində Pakistanda COVID-19-dan 49 nəfər ölüb. Beləliklə, bu ölkədə virusdan ölənlərin sayı 4167 nəfərə çatıb. AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda 3557 nəfər koronavirusa yoluxub. Hazırda belə xəstələrin sayı 206 min 512 nəfərdir
Masallı rayonunun Xıl kəndinin sakini Əlvan Məmmədov üzün illərdir taxılçılıqla məşğuldur. Daim yüksək reproduksiyalı toxumların axtarışında olan təsərrüfat sahibi ötən il xaricdən yeni buğda növü gətizdirib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əlvan Məmmədov builki taxıl mövsümündə buğda sahəsindən
Tailandda COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb. AZƏRTAC yerli KİV-lərə istinadla bildirir ki, bu barədə qərarı Baş Nazir Prayut-Çanoçanın rəhbərlik etdiyi operativ qərargah verib. Virusun yayılmasının ikinci dalğası riskinin yüksək olduğunu bildirən Baş Nazir fövqəladə
Belçikanın paytaxtı Brüsseldə Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət danışıqları başlayıb. AZƏRTAC xəbər verir ki, danışıqlar Krallıq tərəfindən Devid Frost və Avropa İttifaqının nümayəndəsi Mişel Barniyer tərəfindən aparılır
İyunun 29-da saat 17 radələrində Göyçay rayonunun Çayarxı kəndində İsmayılov Ənvər Nuğay oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri bildirib ki, ümumi sahəsi 336 kvadratmetr olan evdə yanğının söndürülməsi üçün Fövqəladə Hallar
İyunun 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbə və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər
Dünyanın ikinci ən böyük neft məhsulları istehlakçısı olan Çində bu il ilk dəfə benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri bahalaşıb. AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, iyunun 29-dan benzin və dizel yanacağının
Dünyada startap ekosistemi sürətlə inkişaf edir. Hər gün yeni bir startap layihəsinin yarandığı barədə məlumata rast gəlirik. Müəyyən səbəblərə görə bəzən bu layihələr uğurlu ola bilmir və fəaliyyətlərini dayandırır. Qlobal mühitdə bu, startapların "fail" (uğursuz) olması kimi qəbul edilir
“Qəbələ”nin futbolçusu Qismət Alıyev “Neftçi”dən təklif alıb. Bu barədə müdafiəçinin özü məlumat verib. AZƏRTAC xəbər verir ki, bölgə klubunun gənc futbolçusu qarşıdakı günlərdə hər şeyə aydınlıq
Formula 1 yarışları 4 qitədə keçirilsə də, son 27 ildə Afrika bu tədbirdən kənarda qalıb. 1993-cü ildə Cənubi Afrika Respublikasında Alen Prostun qələbəsindən sonra “qara qitə” bu mötəbər idman tədbirinə ev sahibliyi edə bilmir. Formula 1 rəhbərliyi yenidən Afrikada yarış keçirməyin planlarını cızır. Luis Hamilton da bu fikrə dəstək çıxıb
Ukraynada “pnevmoniya” diaqnozlu xəstələrin sayı xeyli artıb. May ayı ilə müqayisədə həmin xəstələrin sayı təxminən iki dəfə çoxalıb. AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə naziri Maksim Stepanov brifinqdə bəyan edib. O xatırladıb ki, Səhiyyə Nazirliyi hələ aprel
Misirin İsgəndəriyyə şəhərində koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib. AZƏRTAC xəbər verir ki, COVID-19-dan müalicə alan xəstələrdən yeddisi hadisə nəticəsində yanaraq ölüb. Digər xəstələri xilas
Dünyada tüğyan edən koronavirus pandemiyasının beynəlxalq əməkdaşlığın miqyas və intensivliyinə mənfi təsir göstərməsi beynəlxalq icmanın həyat ritminin davam etdirilməsi istiqamətində yeni formaların axtarılıb tapmasını obyektiv zərurətə çevirir. Bu mənada Azərbaycanın geniş vüsət almış beynəlxalq təşəbbüslərinin
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstanla Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, 2018-ci il yanvarın 17-də başlanmış və 28 ay davam edən “Transfer qiymətlərinin müəyyən
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir
“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyunun 29-da növbəti buraxılışı təqdim edilib. Bu barədə AZƏRTAC-a Təhsil
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək şəhərində müasir layihə əsasında bazar inşa edilir. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir
Futbol üzrə Avstriya çempionatının qalibi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, çempionatın 30-cu turunda “Hartberq”ə 3:0 hesabı ilə qalib gələn “Zalsburq”, mövsümün sonuna 3 tur
Hindistanın Assam ştatında yaşayan bir milyondan çox insan musson yağışlarının doğurduğu daşqınlar səbəbindən evlərini tərk etməyə məcbur olub. AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin iki nəfər suda boğulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya
Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın iyunun 30-dan etibarən USD/AZN rəsmi
Apreldə Türkiyə Azərbaycandan 916 milyon kubmetr təbii qaz idxal edib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, aprel ayında Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi martla müqayisədə 8 milyon kubmetr