Quba rayonunun Aydınkənd kəndində son günlər yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub. Day.Az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən kənddə bir neçə yaşayış evinə ziyan dəyib.