"Lans"ın baş məşqçisi Pierre Saje "PSJ" ilə Liqa 1 oyununun təxirə salınmasına qarşı çıxıb. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, matçın 11 aprel tarixində keçirilməsi planlaşdırılır. Paris klubu isə 8 və 14 aprel tarixlərində "Liverpul" ilə Çempionlar Liqasının 1/4 final oyunlarını oynayacaq.