Muğanlı-İsmayıllı avtomobil yolunun mühafizə zolağı ərazisində torpaq sürüşməsi baş verib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sürüşmə hadisəsi avtomobil yolunun hərəkət hissəsində qeydə alınmayıb.