Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı"na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator Training Course) keçirilib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.