Dünya heç vaxt olmadığı qədər çoxqütblü olub, lakin eyni zamanda çoxtərəflilik bu gün əvvəlkindən daha zəifdir. Day.Az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel martın 12-dən 14-ə kimi keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.