Leyla Əliyeva və Arzu Əliyeva martın 4-də "Referans Medical Group"un tərkibində fəaliyyət göstərən "Leyla Medical Center"in Pediatriya Mərkəzində olublar. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.