Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI turun daha 2 oyunu keçiriləcək. Day.Az xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq. Hazırda "İmişli" 19 xalla 9-cu, "Şamaxı" isə 24 xalla 8-ci pillədə qərarlaşıb.