Bəzi dükanlarda istehlakçılar vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluqla qarşılaşırlar. Belə hallar alıcı narazılığına səbəb olur və mövcud qaydalara zidd sayılır. Mövcud normalara əsasən, məhsul alıcıya üzərində və ya vitrində qeyd edilən qiymətlə satılmalıdır.