Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin edilib.