Ötən gün axşamdan səhərədək davam edən güclü külək nəticəsində 19 ağac qırılıb, 15 ağacın budaqları sınıb. Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb. Bildirilib ki, Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.