Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.