Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Day.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə yolun Yaşma bağları ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, "Hunday Santa Fe" markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.