Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.