"Çelsi" futbol klubu Fransanın "Renn" komandasının 20 yaşlı fransız müdafiəçisi Jeremi Jakeni transfer siyahısına əlavə edib. Day.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, İngiltərə təmsilçisi artıq "Renn" klubu ilə danışıqlara başlayıb. Yekun qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.