Şəkidə üç gün əvvəl qəzaya düşən şəxs ölüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanvarın 13-ü rayonun Çayqaraqoyunlu kəndində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.