Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək. Day.Az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.