Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb. Day.Az Trend-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb. Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış "Rona" yük gəmisindən SOS siqnalı daxil olub.