Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib. Qeyd edək ki, A.Kərimova yaşadığı Marneuli rayonunda baş vermiş qəzada ağır yaralanmışdı.