Çin mənşəli Tiens adlı şirkətin nümayəndələri şəbəkə marketinqi adı altında boş vakansiyalar vəd edərək insanları aldadır və vaxtlarını boşa sərf etdirir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, iddialara görə, özlərini işə qəbul üzrə nümayəndə kimi təqdim edən şəxslər real vakansiya olmadan vətəndaşları görüşlərə dəvət edirlər.