Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan Day.Az-a verilən məlumata görə, yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.