Dekabrın 26-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.