Türk İnvestisiya Fondu qarşıdakı beş il ərzində kapitalını artırmağı planlaşdırır. Day.Az xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev Trend-ə verdiyi özəl müsahibədə bildirib. O qeyd edib ki, hazırda fondun nizamnamə kapitalı 600 milyon ABŞ dolları təşkil edir.