Hökümə uçuşdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balaca övladı ilə danışdı. Day.Az xəbər verir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Əliyeva jurnalistlərə açıqlamasında deyib. "Qızım səhəri günü uçuşun olacağını bizə deməmişdi. Səhəri günü faciə xəbəri aldıq. Bu, ən ağır xəbər idi.