70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib. Day.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun İdarə heyətinin sədri Bəhruz Əzimov təqdimatı zamanı bildirib.