Sosial şəbəkələrdə YPX əməkdaşının sürücünü avtomobilin içindəki itə görə saxlayıb cərimələdiyi ilə bağlı görüntülər yayılıb. Nazirlər Kabinetinin qərarına görə, itləri cilovda, iri cins itləri isə həm cilovda, həm də buruntaqda olmaqla ictimai yerlərdə daşımaq olar. Bəs sürücü avtomobilin içindəki itə görə cərimələnə bilər?