ABŞ-ın Luiziana ştatında H5N1 tipli quş qripindən ilk ölüm hadisəsi baş verib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Məlumata görə, vəfat edən şəxs 65 yaşdan yuxarı olub və yanaşı xəstəliklərdən əziyyət çəkib. O, vəhşi və ev quşları ilə təmasdan sonra virusa yoluxub.