Nyu-York Məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 10-da and içməsinə iki həftədən az vaxt qalmış hökm çıxarmağa qərar verib. Day.Az xarici mediaya istinadla xəbər verir ki, bunu hakim Xuan Merçan açıqlayıb. Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual şəkildə iştirak edə bilər.