Bakıda sürücü maşınını qəsdən digər avtomobillərə vuraraq onlara zərər yetirib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan həmin sürücünün maşınlara çırpılandan sonra hadisə yerindən uzaqlaşdığı da görünür. Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reaksiya verib.