Azərbaycanın 4 cüdoçusu 2025-ci ildə yarışlara səpələnmiş kimi başlayacaq. İdman.biz xəbər verir ki, turnirlərdə çəki dərəcələri üzrə reytinqə görə ən güclü 8 idmançı səpələnmiş olur. Bunun sayəsində püşkatma zamanı favoritlər ilk döyüşdə aşağı reytinqli rəqiblərlə qarşılaşa və bəzən yarışa sonrakı mərhələdən qoşula bilirlər.