"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və "Azərbaycan Hava Yolları" QSC-nin birgə məlumatında bildirilib.