AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli "Embraer 190" təyyarəsi 2013-cü ildə istehsal edilib. Bu barədə Day.Az-а AZAL-dan məlumat verilib. Bildirilir ki, istehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir.