Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonqu diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Day.Az-a XİN-dən bildirilib. Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.