200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq, Azərbaycanda fəaliyyət göstərməyə başlayıb. Day.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.