Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı Rusiya bazalarının taleyini bu ölkənin xalqı həll etməlidir. Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "France 24" televiziya kanalına müsahibəsində deyib. Nazir qeyd edib ki, Ankara Suriyada heç bir xarici hərbi bazanın olmasını dəstəkləmir.