Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı 5 nəfərə çatıb. Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Saksoniya-Anhalt əyalətinin qubernatoru Reiner Haseloff bildirib. O qeyd edib ki, ümumilikdə 200-dən çox adam yaralanıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.