Bu gün saat 13:20:30-da Azərbaycana qış fəsli daxil olub. Day.Az bununla bağlı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadən xəbər verir. Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olub.